Rusiya İstanbulda taxıl müqaviləsi çərçivəsində yaradılmış Birgə Koordinasiya Mərkəzini ammonyak ixracı bərpa olunana qədər Odessadakı Yujnı limanına gedən gəmilərin qeydiyyatına qoyulan məhdudiyyətlər barədə məlumatlandırıb. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.
“Rusiya ammonyak ixrac olunana qədər Yujnı limanı üçün gəmilərin qeydiyyatını məhdudlaşdırmaq qərarı barədə məlumat verdi. Hazırda icra olunmur”.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, taxıl müqaviləsi çərçivəsində Rusiya ammonyakının Ukrayna ərazisindən tranziti məsələsinin müzakirəsi davam edir.
Havar Şəfiyeva






