BMT Türkiyədəki həbslərdən narahatdır

>

Birləşmiş Millətlər Təşkilatı Türkiyədə müşahidə olunan kütləvi “təmizləmə”dən narahatdır.

Bunu da oxuyun

BMT-nin insan haqları komissiyasının sədri Zeyd Raad əl-Hüseyn qeyd edib ki, rəhbərliyin kütləvi şəkildə dövlət adamlarını işdən çıxarması və saxlaması şübhə doğurur.

“Dövlət rəsmilərinin bu cür vəzifəsindən uzaqlaşdırılması və saxlanılmasının nəzərdə tutulan hüquqi proseslərə uyğun olduğu inandırıcı deyil.”

Türkiyə hökuməti ötən il 15 iyul tarixində ölkədə baş qaldıran uğursuz dövlət çevrilişinə cəhddən sonra dövlət dairələrində həbslərə başlayıb. Paytaxt Ankara və İstanbulda başqaldıran etirazlar zamanı yaranmış qarışdurmalarda 246 nəfər ölmüş, 2000-dən çox insan yaralanmışdı.

Dövlət çevrilişinə cəhd edənlər baş qərargah rəisi Hulusi Akarı girov götürmüş və prezident Rəcəb Tayyib Ərdoğanı da saxlamağı planlaşdırmışdılar. Lakin hökumət ölkədə baş vermiş fövqəladə vəziyyətin qarışısını almağa nail olmuşdu. Dövlət çevrilişinə cəhddə Amerika Birləşmiş Ştatlarında yaşayan Fətullah Gülən və onun Türkiyədə fəaliyyət göstərən FETO təşkilatı tərəfdarları ittiham olunur.(aznews.az)

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728