Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk, Rusiya ilə müharibənin davam etdiyi Ukraynada ən az 10 min dinc sakinin öldüyünü, 18 min 500 nəfərin isə yaralandığını bildirib.
Elchi.az xəbər verir ki, Türk, BMT İnsan Haqları Şurasının təşkil etdiyi toplantıda BMT-nin İnsan Haqları Ali Komissarlığının Ukraynadakı insan haqlarının vəziyyəti ilə bağlı hesabatının nəticələri ilə bağlı qiymətləndirmələr aparıb.
2022-ci ilin fevralında Rusiya ilə başlayan müharibə səbəbiylə Ukraynadakı ağrılı vəziyyətin davam etdiyinə diqqət çəkən Türk, uzun illər davam edən müharibənin gələcək nəsillərin həyatına və insan haqlarına təsir edəcəyindən narahat olduğunu bildirib.
Türk, BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyası (HRMMU) vasitəsilə hərtərəfli monitorinq və sənədləşdirmə işlərini davam etdirdiklərini bildirib, bu sənədlərin, ilk növbədə, Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq insan haqları hüququ və beynəlxalq humanitar hüququn və hərbi cinayətlərin ciddi şəkildə pozulmasını nümayiş etdirməkdə davam etdiyini vurğulayıb.
“Bu sənədlərə 2022-ci ilin fevralından bəri Rusiya silahlı qüvvələrinin nəzarətində olan və ya işğal etdiyi ərazilərdə mülki şəxslərin məhkəməsiz edam edilməsi ilə bağlı 142 iş daxildir”. Türk, məhbuslara qarşı geniş yayılmış işgəncə, pis rəftar və cinsi zorakılıq da daxil olmaqla, bir çox zorla yoxa çıxma hallarını da sənədləşdirdiklərini diqqətə çatdırıb.
Türk, “İnsan Haqları Bürosu dekabrın 4-nə kimi 2022-ci ilin fevral ayından bu yana qarşıdurmalar nəticəsində 560-dan çoxu uşaq olmaqla, ən azı 10 min mülki vətəndaşın öldüyünü qeydə aldı və təsdiqlədi. 18 min 500 mülki vətəndaşın yaralandığı təsdiqləndi. çox ciddi. Real rəqəmlər yəqin ki, daha çoxdur.” deyib.
Şayəstə Hüseynova






