Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Qara Dəniz Taxıl Dəhlizi Sazişinin uzadılması ilə bağlı fikir mübadiləsi aparıblar.
Elchi.az xəbər verir ki, BƏƏ rəsmi xəbər agentliyi “WAM”-da yer alan xəbərə görə, Quterreş və Bin Zeyd arasında telefon danışığı olub.
Görüş zamanı hər iki tərəf Taxıl Dəhlizi Sazişinin əhəmiyyətini vurğulayıb və onun uzadılması üçün səyləri nəzərdən keçirib.
Quterreş və Bin Zayed ümumi maraq doğuran məsələlər üzrə əlaqəni gücləndirmək və bu mövzuda ünsiyyət və əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Qara dəniz taxıl dəhlizi sazişi
Rusiyanın Ukraynaya hücumunun qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün BMT, Rusiya, Türkiyə və Ukrayna 22 iyul 2022-ci il tarixində İstanbulda keçirilən mərasimlə Qara Dəniz Taxıl Dəhlizi Sazişini imzalayıb.
Daha əvvəl bir neçə dəfə uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatacaq. Rusiya rəsmiləri sazişin uzadılması üçün heç bir imkan görmədiklərini bildiriblər.
Nuranə Məmmədova




