Ölkədə baş verən maliyyə böhranı ölkə mediasına da təsirsiz ötüşməyib.
Arqument.Az-a daxil olan ilginc məlumata görə, yaxın zamanlarda oliqarxların maliyyələşidirdiyi media orqanlarının bir neçəsi bağlana bilər. Bəzilərində isə ixtisarların olacağı bildirilir.
Məlumatda vurğulanır ki, oliqarxlara bəzi media layihələrini dayandırmaq barədə tapşırıq verilib.
Buna səbəb isə oliqarxların mediaya külli miqdarda maliyyə ayrması olub.
Bundan başqa, büdcədən maliyyələşən media qurumlarında da ixtisarların olacağı istisna olunmur.



