
“Boko Haram” radikal qruplaşmasının lideri Əbubəkr Şekau öz ölümü haqda yayılan məlumatları təkzib edib.
Avropa.info xəbər verir ki, internetdə “Boko Haram” liderinin 8 dəqiqəlik çıxışı yayımlanıb. Bu haqda BBC məlumat verir. Təkzibə səbəb Çad prezidenti İdris Debinin qruplaşmaya yeni liderin – Mahamat Daudun təyin olunması ilə bağlı çıxış olub. Çad prezidenti iddia edirdi ki, Şekaunun başını kəsiblər. “Boko Haram” lideri prezidenti ağ yalan danışmaqda ittiham edir.
Öz çıxışında Şekau Nigeriya prezidenti Məhəmməd Buxarinin sözlərini də ələ salıb. Buxari demişdi ki, “Boko Haram”ı üç ay içində bitirəcəklər.



