Azərbaycan boksçusu Kamran Şahsuvarlı (75 kq) “Rio-2016” Yay Olimpiya Oyunlarında dördüncü görüşünə çıxıb.
Yarımfinal mərhələsində dünya çempionu, Panamerika Oyunlarının birincisi, kubalı Arlen Lopeslə qarşılaşan Kamran Şahsuvarlı rəqibinə məğlub olaraq “Rio-2016”da çıxışını dayandırıb və Olimpiya Oyunlarını bürünc medalla başa vurub.
K.Şahsuvarlı əvvəlki üç görüşündə Zao Minqqanq (Çin), Artyom Çebotaryovu (Rusiya), dünya çempionu, qazaxıstanlı boksçu Janibek Alimxanlını mübarizədən kənarlaşdırıb.




