Bölgədəki son vəziyyətlə bağlı Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib.
Elchi.az xəbər verir ki, brifinqdə diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər nazirinin köməkçisi Fariz Rzayev və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov məlumatlandırıblar.





