Bolqarıstan parlamenti 30 aylıq siyasi böhrana son qoymaq, sabitliyi bərpa etmək və iqtisadi inkişafı artırmaq məqsədilə baş nazir Nikolay Denkovun rəhbərlik etdiyi yeni hökuməti təsdiqləyib.
Elchi.az News.am-a istinadən bildirir ki, bu barədə “Associated Press” agentliyi xəbər verib.
Apreldə keçirilən ümumi seçkilərdə qalib gələn keçmiş baş nazir Boyko Borisovun GERB partiyası və ikinci yeri tutan Avropayönlü liberal koalisiya “Dəyişməyə davam edirik” Demokratik Bolqarıstan tarixdə baş nazirin mövqeyinin ortada dəyişəcəyi Bolqarıstanın ilk hökumətini qurmağa razılaşıb.
Deputatlar 60 yaşlı kimya professoru, keçmiş təhsil naziri Nikolay Denkovun baş nazir seçilməsinin lehinə 132, əleyhinə isə 69 səs verib. Qeyd edək ki, Denkov “Dəyişiklikləri davam etdiririk” islahatçı partiyasının yaradıcılarından biridir.
Yeganə





