Bolqarıstan öz qərarını dəyişdi və Ukrayna taxılının idxalına qoyulan qadağanı ləğv etdi. Elchi.az “Report”a istinadən xəbər verir ki, bu barədə keçmiş baş nazir Boyko Borisovun “Bolqarıstanın Avropa İnkişafı Uğrunda” partiyası olan “Dəyişikliyə davam – Demokratik Bolqarıstan” koalisiyası və türk azlıqdan ibarət “Hüquq və Azadlıqlar Hərəkatı”nın birgə layihəsində deyilir.
“Bolqarıstanın Ukrayna ilə həmrəyliyini tanıyaraq və qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün “Bolqarıstan Ukraynadan Bolqarıstan, Polşa, Macarıstan, Rumıniya və Slovakiyaya buğda, qarğıdalı və günəbaxan toxumlarının idxalına qoyulan qadağanın sentyabrın 15-dən sonra da davam etdirilməsinin tərəfdarı deyil”, – parlament qurumlarının qərar layihəsində deyilir.
Nəşr qeyd edir ki, layihəni təklif etməklə onlar hökuməti bu qərarı qəbul etmək məsuliyyətindən azad ediblər. Bu, taxıl istehsalçılarının güclü təzyiqinə məruz qala bilən ölkənin baş naziri Nikolay Denkovun işini xeyli asanlaşdırdı, məqalədə vurğulanır.
Bundan əvvəl Avropa İttifaqı Ukraynadan blokun bir sıra ölkələrinə taxıl idxalına qoyulan məhdudiyyətləri sentyabrın 15-dək uzadıb. Ukrayna Xarici İşlər Nazirliyi buna reaksiya verərək, Polşa, Rumıniya, Slovakiya, Bolqarıstan və Macarıstanın 2023-cü ilin sonuna qədər idxal qadağasını qəti şəkildə qəbuledilməz adlandırıb.
Havar Şəfiyeva





