Bolqarıstanın baş naziri Nikolay Denkov Ukraynadan taxıl idxalının bərpası ideyasını dəstəkləyib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Biz hesab edirik ki, Ukraynadan taxıl idxalının istisna edilməsi düzgündür, çünki bu, Bolqarıstanda aşağı gəlirli insanlara kömək edəcək və əsas ərzaq məhsullarının qiymətlərini aşağı salacaq”, – hökumət başçısı Nazirlər Kabinetinin iclasından əvvəl deyib.
Denkov vurğulayıb ki, hökumət Ukrayna taxılının bazarlara buraxılmasını zəruri hesab edir, çünki bu, inflyasiya ilə mübarizəyə kömək edəcək, eləcə də ölkənin ticarət dövriyyəsini yaxşılaşdıracaq. O, həmçinin əlavə edib ki, hökumət Ukrayna taxılının Bolqarıstan və Yunanıstan limanları vasitəsilə tranzitinin təmin edilməsində yardım üçün Avropa Komissiyasına sorğu göndərəcək.
Havar Şəfiyeva






