Bolqarıstanda Milli Sosial Təminat Qurumunun (NOI) və Milli Statistika İnstitutunun (NSI) məlumatları əhalinin qocaldığını və azaldığını ortaya qoydu.
Elchi.az xəbər verir ki, NOI-nin məlumatlarla bağlı verdiyi açıqlamada, son siyahıyaalmanın keçirildiyi 2021-ci ildə əhalinin 6 milyon 520 min olduğu, bu il təqaüdçülərin sayının 12 min 300 artacağı və
2024-cü ildə 2 milyon 39 minə çatacağı bildirilib.
COVID-19 faktorunun təsirinə də toxunulan açıqlamada əhalinin 2022-ci ilin sonuna kimi 6 milyon 447 min nəfərə qədər azaldığı xatırladılıb.
Şayəstə Hüseynova





