"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bolqarıstanın baş naziri qazla bağlı danışıqlar üçün Bakıya gələcək

14 İyun 2022 - 14:21
in İQTİSADİYYAT

Bolqarıstanın baş naziri Kiril Petkov yay aylarında yeni Bolqarıstan-Yunanıstan birləşdirici qaz kəməri (Interconnector Greece – Bulgaria – IGB) vasitəsilə Azərbaycan qazının tədarükünün başlanmasını gözləyir.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Elchi.az TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kiril Petkov Veliko Tırnovoda keçirdiyi brifinq zamanı bildirib.

“Təchizat həcmini təsdiqləmək üçün bu həftə Bakıya səfər edəcəyəm”, – deyə, baş nazir qeyd edib.

Onun sözlərinə görə, IGB işə salındıqdan sonra Bolqarıstan ildə 1 mlrd. kubmetr həcmində Azərbaycan qazı qəbul edə biləcək: “Gözləyirəm ki, iyul-avqust aylarında Bolqarıstana bir milyard kubmetr hazırda bazar qiymətindən bir neçə dəfə aşağı qiymətə qaz gələcək”.

Kiril Petkovun sözlərinə görə, ABŞ maye qazının tədarükü ilə bağlı uzunmüddətli müqavilə üzrə danışıqlar davam edir. “Biz ABŞ qazı ilə bağlı məsələni yekunlaşdırmamışıq. Biz ən yaxşı uzunmüddətli müqavilələrin hansı olduğunu düşünməyə davam edirik. Biz mayeləşdirilmiş və Azərbaycan qazının qarışığını yaratmağa çalışırıq. Orta qiymət “Qazprom”un qiymətindən daha yaxşı olsun ki, biz Bolqarıstan iqtisadiyyatının rəqabətədavamlı və şaxələndirilmiş qalacağına əmin olaq”, – deyə, baş nazir əlavə edib.

Xatırladaq ki, Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin istifadəyə verilməsinin (sonuncu dəfə müəyyən edilən istifadəyə verilmə tarixi – 2022-ci ilin iyul ayı) təxirə salınması səbəbindən (2020-ci ilin sonunda istifadəyə verilməli idi) Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) mövcud birləşdirici xətlə nəql edilir, bu da nəqletmə həcmlərini məhdudlaşdırır (Bolqarıstan müqavilə çərçivəsində nəzərdə tutulmuş qaz həcmlərini qəbul edə bilmir – red.).

IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər. Gözlənilir ki, artıq bu ilin sentyabr ayından başlayaraq, kəmər vasitəsilə Azərbaycan qazı Bolqarıstana nəql ediləcək.

Qeyd edək ki, Bolqarıstanın “Bulgargaz” şirkəti “Şahdəniz-2” layihəsi çərçivəsində “Şahdəniz” konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qəbələdə avtomobil yolunun tikintisinə 12.7 milyon ayrılıb

Next Post

“Qarabağ”ın Çempionlar Liqasında ilk rəqibi müəyyənləşib

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
“Qarabağ”ın Çempionlar Liqasında ilk rəqibi müəyyənləşib

“Qarabağ”ın Çempionlar Liqasında ilk rəqibi müəyyənləşib

Tofiq Mirzəyev “Şöhrət” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Tofiq Mirzəyev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.