Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bildirib ki, Bryansk səmasında pilotsuz uçuş aparatı vurulub.
Elchi.az xəbər verir ki, bu barədə o , Telegram kanalında yazıb.
Qeyd olunur ki, PUA-nın qalıqlarının düşməsi nəticəsində I Bryansk dəmir yolu vağzalının binasının şüşələri, stansiya meydanı və bir neçə vaqon qismən zədələnib.
Qubernatorun sözlərinə görə, itki yoxdur.
Boqomaz daha əvvəl bildirib ki, hava hücumundan müdafiə sistemləri regionun Navlinski rayonu üzərində Ukraynaya məxsus pilotsuz təyyarəni vurub.
Nuranə Məmmədova





