Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Cozep Borell İsraili BMT agentliklərinə Qəzza zolağının əhalisini dəstəkləmək imkanı verməyə çağırıb.
Elchi.az bu barədə Reuters.com-a istyinadən xəbər verir.
“Mən həmçinin İsraili BMT-nin bütün agentliklərinə, o cümlədən Yaxın Şərq sülh prosesi üzrə daimi koordinatoru və xüsusi əlaqələndiricinin müavini Lin Hastinqsə Qəzza xalqına təcili dəstək vermək imkanı verməyə çağırıram”,-deyə o, özünün “X” sosial şəbəkə səhifəsində yazıb.
Borell Aİ üzvlərindən və BMT Təhlükəsizlik Şurasındakı həmfikir tərəfdaşlarından humanitar çöküşün qarşısını almaq üçün dünya təşkilatının baş katibi Antonio Quterreşə dəstək vermələrini xahiş edib.
Yeganə





