
Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev həbsindən apelyasiya şikayəti verib.
Avropa.info xəbər verir ki, bu haqda Moskva məhkəməsinin mətbuat katibi Anna Fadayeva məlumat verib.
Dünən isə həbs olunan digər şəxslər – Tamerlan Əskərxanov, Anzor Qubaşev, Həmzət Baxayev apelyasiya şikayəti ilə müraciət etmişdi.
8 martda Moskva məhkəməsi Rusiya müxalifət lideri Boris Nemtsovun həbsi ilə əlaqədar 5 nəfəri şübhəli qismində həbs etmişdi.



