BMT-nin baş katibi Antonio Quterreş sentyabrda Hindistanın paytaxtı Nyu-Dehlidə keçiriləcək G20 sammitində iştirak edəcək.
Elchi.az bu barədə TASS.ru-ya istinadən xəbər verir.
“Mən Keniyada Afrika iqlim sammitinə, İndoneziyada Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının sammitinə, Hindistanda G20 sammitinə və Kubada G77 sammitinə gedəcəyəm”, – dünya təşkilatının rəhbəri jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
“Zirvə görüşlərinin bu cür müxtəlifliyi dünyamızın artan çoxqütblülüyünü əks etdirir”, – deyən Quterreş beynəlxalq institutlarda islahatların aparılmasının zəruriliyini bir daha vurğulayıb.
Yeganə






