Şənbə gününü Odessada keçirən Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Xosep Borrell Kiyevə gəlib.
Elchi.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.
Borrell qeyd edib ki, Ukraynanın paytaxtında o, Ukrayna prezidenti Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə birlikdə həlak olan Ukrayna hərbçilərinin xatirəsinə həsr olunmuş mərasimdə iştirak edib və “Ukraynanı müdafiə etməyə davam edənlərə dəstəyini ifadə edib”.
Borrell cümə günü olduğu Moldovadan Ukraynaya gəlib.
Nuranə Məmmədova






