İspaniyanın Avropa İttifaqı ( Aİ ) Şurasına sədrliyi dövründə Ukrayna münaqişəsi ilə bağlı “çox mühüm” hadisələrin baş verəcəyi gözlənilir .
Elchi.az TASS-a istinadən xəbər verir ki , bunu “TVE”-yə müsahibəsində Avropa diplomatiyasının rəhbəri Xosep Borrell deyib .
Siyasətçi qeyd edib ki, hadisələr həm döyüş meydanında baş verənlərlə, həm də münaqişənin həllinə yönəlmiş “az-çox kölgəli” danışıqlarla bağlı olacaq.
Borrell Ukraynaya silah tədarükünün ikiqat artırılmasının vacibliyini açıqlayıb.
“Rusiyada hər şey sakitləşdi, lakin biz orada nə baş verdiyini bilmirik”, – deyə siyasətçi bildirib.
Onun fikrincə, Moskva ilə Kiyev arasında dialoq məsələsi yaxın gələcəkdə hansı hadisələrin baş verəcəyindən asılıdır.
Borrell daha əvvəl demişdi ki, Rusiya və Ukrayna arasında danışıqların 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl başlaması ehtimalı azdır. Avropalı siyasətçi Rusiyanın qalib gəlməyincə sülh danışıqlarına girməyəcəyinə də inanırdı.
Nuranə Məmmədova





