Nəhənglər Liqasının F qrupunda 5-ci həftə matçında Dortmund Borussia klubu səfərdə Milan üzərində 3:1 hesabı ilə qalib gələrək son 16 tura yüksəlməyə zəmanət verdi. Qrupun digər oyununda isə “Nyukasl Yunayted” və PSJ 1:1 hesablı heç-heçə edib.
Elchi.az xəbər verir ki, UEFA Çempionlar Liqasının F qrupunun 5-ci həftəsində İtaliya təmsilçisi Milan və Almaniya Bundesliqa təmsilçisi “Borussiya Dortmund” üz-üzə gəlib.
San Siro stadionunda keçirilən matçda Dortmund “Borussiya”sı səfərdə “Milan”ı 3:1 hesabı ilə məğlub edərək qrupdan çıxmağa zəmanət verib.
“Sarı-qaralar”a qələbə qazandıran qolları 10-cu dəqiqədə penaltidən Marko Roys, 59-cu dəqiqədə Ceymi Baynoe-Gittens və 69-cu dəqiqədə Kərim Adeyemi vurub.
Milan komandasının yeganə xalını 37-ci dəqiqədə Samuel Çukvueze vurub. Milan 6-cı dəqiqədə Olivye Jirunun penalti zərbəsindən yararlana bilməyib.
Bu nəticə ilə Dortmund “Borussiya”sı sona 1 həftə qalmış qrupdan 10 xalla çıxmağı təmin edib, 5 xalla qrupun 4-cü pilləsində olan “Milan” isə ümidlərini son həftəyə buraxıb.
F qrupunun 6-cı həftəsində Dortmund ” Borussiya”sı doğma meydanda PSJ ilə qarşılaşacaq , “Milan” isə səfərdə “Nyukasl Yunayted”in qonağı olacaq.
Nuranə Məmmədova






