Ukrayna lideri Britaniya paytaxtında səfərdədir.
Elchi.az xəbər verir ki, Böyük Britaniya kralı III Çarlz Ukrayna Prezidenti Vladimir Zelenskini qəbul edəcək, Bukingem Sarayının mətbuat xidməti xəbər verir.
BBC kanalının məlumatına görə, monarx çərşənbə günü, fevralın 8-də Londona səfəri zamanı Ukrayna lideri ilə görüşəcək.
KP.RU saytının yazdığı kimi, Ukrayna prezidenti Londona gəlib və burada Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə görüşəcək. Britaniya baş nazirinin ofisində qeyd olunduğu kimi, siyasətçilər Ukraynanın Böyük Britaniyadan dəstəyini, xüsusən də Kiyevə hərbi texnikanın təhvil verilməsini və uzunmüddətli yardımı müzakirə edəcəklər.
Sunak Zelenskiyə Ukrayna hərbçilərinin, o cümlədən qırıcı pilotların hazırlanmasında yardım təklif etmək niyyətindədir. Bundan əlavə, Britaniya hökumətinin başçısı Ukrayna liderinə “Rusiyanın Ukraynanın kritik infrastrukturuna zərbə endirmək qabiliyyətini pozmaq üçün” daha uzun mənzilli silahlar təklif edəcək”, – Sunakın mətbuat xidməti bildirib.
Şayəstə





