Böyük Britaniya tərəfindən Ukrayna Silahlı Qüvvələrinə verilən uzun mənzilli “Storm Shadow” raketləri döyüşlərə əhəmiyyətli dərəcədə təsir göstərib. Elchi.az “Reuters”a istinadən xəbər verir ki, raketlərin münaqişənin gedişinə təsirini Krallığın müdafiə naziri Ben Uolles qiymətləndirib.
“Storm Shadow raketləri döyüş meydanında mühüm rol oynayıb. Onların Rusiya ordusuna təsiri olub”, – deyə britaniyalı nazir bildirib.
O, bundan əvvəl Londonun Ukraynaya kömək məqsədi ilə NATO fonduna 60 milyon funt sterlinq bağışlayacağını açıqlaylb. O əlavə edib ki, bu qərar Böyük Britaniyanın Kiyevi ehtiyac duyduğu avadanlıq və təlimlə təmin etmək üzrə davam edən öhdəliyinin bir hissəsidir.
Havar Şəfiyeva






