Zərdüşt Əlizadə: “Atəşkəs bərpa ediləcək”
Politoloq Zərdüşt Əlizadə Moderator.az-a açıqlamasında təmas xəttindəki son olayları şərh edib:
“Aprelin 4-də ATƏT-in Minsk qrupunun həmsədrləri Vyanada bir araya gələcək. Aprelin 5-də siə həmsdərlər Minsk qrupunun ümumi iclasında iştirak edəcəklər. Hesab edirəm ki, bu görüşlər zamanı da atəşkəsin pozulması məsələsi müzakirə ediləcək. Rusiyanın 1-2 nazirinin də Azərbaycana gəlməsi planlaşdırılır ki, bu səfərlər zamanı da son olaylar əsas müzakirə mövzularından biri olacaq.
Aprelin 2-dən etibarən baş verənlər nəticəsində hər iki tərəf itkilər verib. Ermənilər özləri də etiraf edir ki, onlar daha çox itki veriblər. Fikrimcə, böyük müharibədən danışmağa dəyməz. Məncə böyük güclərin istəyi və vasitəçiliyi ilə atəşkəs bərpa ediləcək, tərəflər mövcud reallıqla barışmalı olacaq”.




