Türkiyənin Diyarbəkir vilayətinin Lice mahalında iki fərqli ərazidə təhlükəsizlik qüvvələri ilə atışmada 3 PKK-çı öldürülüb.
Axar.az xəbər verir ki, atışma Yücetəpə və Akçabudaq səmtlərində yaşanıb. Hərbçilərin “Təslim ol” əmrinə tabe olmayan terrorçular atəş açmağa başlayıb.
Nəticədə 3 PKK-çı öldürülüb.
Olay zamanı bir əsgərin də yaralandığı bildirilib.
***
Diyarbəkir vilayətində PKK-ya qarşı həyata keçirilən əməliyyatlar nəticəsində 2 hərbçi şəhid olub.
Hərbçilər xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, əməliyyatlarda öldürülən PKK-çıların sayı 6-ya çatıb.




