"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Böyük şahmat taxtasında “Pelosi gedişi”: “Qorxulu Tehran”, Azərbaycanın növbəti güc tətbiqi üçün zəmin – TƏHLİL

19 Sentyabr 2022 - 12:23
in MÖVQE

“ABŞ Konqresinin iki palatası var – Nümayəndələr Palatası və Senat. Nümayəndələr Palatasının spikeri xanım Nensi Pelosi ABŞ-ın “dərin dövlət” siması olaraq həssaslıq yaşayan regionlara səfərlər edir, o, bu yaxınlarda Tayvana baş çəkdikdən sonra, növbəti ünvan olaraq Ermənistanı seçdi.
ABŞ-ın Pelosi kimi birini xarici siyasətdə alət kimi seçməsinə Vaşinqtonun sürprizlər vadisi kimi baxmaq da lazım deyil. Xanım Pelosi ABŞ siyasətinin qlobal çəkidəki yerini ölçən barometrdir, məsələn onun Tayvana səfərindən sonra Çinin reaksiyası yoxlanıldı və ABŞ öz baxışlarını yenidən nəzərdən keçirdi”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az-ın məlumatına görə, bu barədə siyasi şərhçi Aqşin Kərimov FB hesabında bildirib:

“Azərbaycan-Ermənistan sərhədindəki genişmiqyaslı toqquşmalardan sonra da ABŞ Cənubi Qafqazın “sağalmayan xəstəliyi” Ermənistanın yaralarına məlhəm olmaq üçün Pelosini İrəvana yolladı.
Hər nə qədər Pelosi ABŞ-ın qlobal siyasətində indikatora çevrilirsə, bir o qədər Vaşinqtonun xarici siyasət prioritetləri dünya tərəzisində inam və etibar dərəcəsini itirir.
Pelosini indi ABŞ-ın qlobal maraqlarından çox ölkədə noyabrda keçiriləcək konqresə seçkilər düşündürür, nüfuzu aşağı düşən Pelosi və demokratlar erməni icmasının səsini qazanmaq vasitələrini inkişaf etdirir.
İrəvan səfəri ABŞ-da noyabrda keçiriləcək aralıq seçkilərində erməni icmasının ürəyinə su səpmək üçün Pelosiyə yaxşı fürsət verdi.
Onun İrəvana səfəri, qondarma erməni soyqırımı abidəsi önündə peşəkar şəkildə hüzn səhnəsi qurması, Azərbaycan əleyhinə bəyanatlar səsləndirməsinin kökü daxili auditoriyada xal qazanmaq niyyətlərinin ifadəsidir.
Ancaq Pelosinin səfər proqramına ABŞ-ın xarici siyasət istiqamətlərini funksioneri qismində nəzər yetirməyi bir kənara tullaya bilmərik.
ABŞ Rusiya-Ukrayna müharibəsinin gedişatında Cənubi Qafqaza dair plan hazırlayır, bunun əlamətlərini əvvəlki illərdən fərqli olaraq Vaşinqtondan verilən bəyanatların tonundan və intensivliyindən görmək mümkündür.
ABŞ bəzi məsələlərdə Rusiya ilə baş-başa gəlmək meylindən qaçır, çünki Cənubi Qafqazda Moskvanın təsir rıçaqları geniş müstəvidədir.
ABŞ buna görə də, səhnə arxası bir tamaşa qurur, Pelosini dövriyyə salır və strateji şüurundakını bəzi nöqtələri gizlətmək üçün dekorativ bir fon yaradır.
Ancaq səbəblər zənciri nəticədə Rusiyanın əqrəblərini fırladır, çünki ABŞ-ın Cənubi Qafqaz siyasəti uğurlar silsiləsindən uzaqda dayanıb.
Pelosinin İrəvanda verdiyi bəyanatların məntiqi Azərbaycanın növbəti hərbi əməliyyatlar aparmasına münbit zəmin yaradır.
Ona görə bu mühakiməni irəli sürürük ki, Azərbaycan dəfələrlə Ermənistanda revanşizmin baş qaldıracağı təqdirdə bunun hərbi tədbirlərlə cavablayacağını bildirib.
Elementar məntiq: Pelosinin səfərinin ABŞ üçün geopolitik təzahürlərini bir kənara qoysaq, nəticə etibarı ilə Ermənistanda qisasçılıq hisslərini və anti-Rusiya ovqatını coşdurur. Bu kimə sərf edir? Təbii ki, Rusiyaya və Moskvanın Azərbaycana yeni dəstəkləyici mexanizmlər verməsinə şərait yaradır.
ABŞ-Azərbaycan münasibətlərinin taleyinə gəlincə, hesab etmək olmaz ki, Pelosi kimi bir şəxs Vaşinqtonun Bakı ilə bağlı prioritetlərini kökündən dəyişsin.
Təəccüblü gəlsə də, ABŞ-la Azərbaycanın əlaqələrinin tərəfdaşlıq səviyyəsinə qalxması iki ölkə arasındakı mübahisəli məsələlərdə fikir ayrılıqları ilə paralel şəkildə baş tutub.
Yəni Bakı-Vaşinqton münasibətlərinin təməllərindəki mübahisə yaradan mövzular olsa da, bu, tərəflərin əlaqələrinə sarsıdıcı zərbə vurmayıb.
PROQNOZLAR:
Pelosinin səfəri ABŞ-ın Cənubi Qafqazdakı baxış bucağını böyütdüyünün anonsu olduğundan, regionda Vaşinqton-Moskva rəqabətinin doğurduğu gərginlik artacaq. Azərbaycan çarpazlaşan qılıncların qığılcımının özünə sıçramaması üçün Türkiyə ilə yeni plan hazırlayacaq, Moskva-Vaşinqton əlaqələrində isə balans siyasətini davam etdirəcək.
Qəribə səslənsə də, bölgədəki digər hədəf İrandır, hərçənd ki, İran Pelosinin səfərinə etiraz etməyib, lakin bu, situativ yanaşmanın göstəricisidir. Çünki Pelosinin səfəri İranın “regionda sərhəd dəyişikliyinin qəbuledilməzliyi” mövqeyi ilə səsləşir.
ABŞ-ın İranla bağlı hazırkı nöqteyi-nəzərini oxumaq çətindir, lakin Böyük Britaniyanın planında “qorxulu Tehran” planları mövcuddur. Nəzərə alaq ki, Britaniya İran və Rusiyanı təhlükəsizlik mühitini pisləşdirən mənbə kimi hədəfləyib.
Britaniyanın planlarını İsrailin mövqeyi dəstəkləyir, lakin ABŞ-la onun arasında İrana aid fikir ayrılıqlarının olması mümkündür.
Pelosinin səfəri həm də İrana aid gündəliyin yoxlanılması məqsədi daşıya bilər və mümkün proseslərdə Ermənistanı dura biləcəyi nöqtəyə hazırlayırlar”.

Yerganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Next Post

Bayden Çinə meydan oxudu

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Bayden Çinə meydan oxudu

Bayden Çinə meydan oxudu

Polisin ölümü ilə bağlı araşdırmalar aparılır

Ordu ilə bağlı dəqiqləşdirilməmiş məlumat yayan şəxsə xəbərdarlıq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.