"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda neft-qaz hasilatı azalır

16 Avqust 2014 - 01:48
in İQTİSADİYYAT

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

BP şirkəti Azərbaycanın Xəzərdəki Azəri-Çıraq-Günəşli yataqlar blokunda neft hasilatının azaldığını açıqlayıb.img1619268
Virtualaz.org saytı bu barədə “Röyter”ə istinadən xəbər verir.
Agentlik “BP-Azərbaycan” şirkətinin bu ilin birinci yarımilinə dair hesabatına istinadən bildirir ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasilat sutkada orta hesabla 656 min barrel təşkil edib. Ötən ilin birinci yarısında isə hasilat orta hesabla sutkada 672 min barrel idi.
“Röyter” xatırladır ki, BP ilin əvvəlində hasilatın ötən ilə nisbətən aşağı ola biləcəyinə dair xəbərdarlıq etmişdi və bunu qoyularda planlaşdırılan texniki profilaktika işləri ilə əlaqələndirmişdi. Lakin agentlik hazırda hasilatın pay bölgüsü sazişinin şərtlərinə əsasən “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil olunan neftin çox hissəsinin Azərbaycanın payına düşdüyü bir vaxtda hasilatın durmadan azalmasının Bakını narahat etdiyini bildirir.
“Röyter” xatırladır ki, 2012-ci ildə prezident İlham Əliyev BP-ni hasilatı qəsdən azaltmaqda və bilərəkdən səhv proqnoz verməkdə günahlandırmışdı.
“BP-Azərbaycan” şirkəti operatoru olduğu digər iri layihə – “Şahdəniz” qaz yatağında hasilatın həcmi barədə də məlumat yayıb. Məlumatda deyilir ki, 2014-cü ilin I yarısında “Şahdəniz” yatağında 4,75 mlrd kubmetr qaz və 1,12 mln ton kondensat hasil edilib. Qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 1,04%, kondensat hasilatı 11,1% azalıb.
Hesabat dövründə orta sutkalıq hasilat 26,2 mln kubmetr qaz və 49 757 barrel kondensat olub.“Şahdəniz” yatağı istismar ediləndən 30 iyun, 2014-cü ilə kimi 52,7 mlrd kubmetr qaz və 13,6 mln ton kondensat hasil edilib. “BP-Azerbaijan”ın məlumatına görə, hazırda “Şahdəniz” yatağının hasilat sisteminin maksimal gücü sutkada 27,35 milyon kubmetr qaz və 55 min barrel kondensatdır. 2013-cü ildə “Şahdəniz” yatağında 9,8 milyard kubmetr qaz və 2,48 milyon ton kondensat çıxarılıb. Hələlik hasilatın piki 2013-cü ilin payına düşür.
İndiki azalma cüzidir və yəqin ki, II yarımildə vəziyyət sabitləşəcək. Amma göründüyü kimi, qaz-kondensatla bağlı məsələ ciddidir.
Qeyd edək ki, Azərbaycanda BP-nin başçılıq etdiyi layihələrdə hasilatın son illərdə davamlı şəkildə azalması sənaye artımına da mənfi təsir edir. Bununla belə qeyri-neft sektorunda sürətli artım baş verir və nəticədə ölkə iqtisadiyyatının ümumi artım tempi müsbət olaraq qalır.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda 200 və 500 manatlıq əskinaslar olacaq

Next Post

Ebola xəstəliyindən ölənlərin sayı 1145-ə çatıb

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Ebola xəstəliyindən ölənlərin sayı 1145-ə çatıb

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə general-polkovnik hərbi rütbəsi verilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.