Ukrayna münaqişəsinin tərəfləri və sülh danışıqlarının bütün iştirakçıları ortaq məxrəc tapmalıdırlar. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Braziliya prezidenti Luiz İnasiu Lula da Silva deyib.
“Məhz sizin fikrinizdən fərqli fikirdə olanlarla söhbət zamanı ortaq məxrəcə gəlmək olar, bunun əsasında vaxtı gələndə sülh əldə oluna bilər”, – Braziliya lideri tövsiyə edib. Onun sözlərinə görə, Braziliya artıq Hindistan, Çin, Afrika və Latın Amerikası ölkələrinin nümayəndələri ilə sülh danışıqlarının aparılmasını müzakirə edib.
Da Silva həmçinin qeyd edib ki, onun beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Selso Amorim bu məsələ ilə bağlı Rusiya, Ukrayna və Danimarkaya işgüzar səfər edib və gələcəkdə Səudiyyə Ərəbistanının himayəsi altında sülh danışıqlarında iştirak edəcək.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski da Silva ilə danışıqlar aparmaq üçün Braziliyaya gəlməyə hazır olduğunu bildirib.
Havar Şəfiyeva






