Braziliyanın Sergipe əyalətində polisin dəstəyə qarşı keçirdiyi əməliyyatda 7 nəfər öldürülüb.
Elchi.az xəbər verir ki, Braziliya mətbuatında çıxan xəbərə görə, polis əyalətin Kristinapolis və Tomar do Geru qəsəbələrində dəstə üzvlərinə qarşı əməliyyat keçirib.
Əməliyyat zamanı başlayan silahlı qarşıdurmada 7 nəfər həlak olub, 2 nəfər saxlanılıb.
Səlahiyyətlilər dəstənin narkotik alveri, soyğunçuluq və qətl kimi çoxsaylı qanunsuz cinayətlərdə iştirak etdiyini aşkar etdiklərini bildirdilər.
Təhlükəsizlik qüvvələrinin bölgədəki əməliyyatlarının davam etdiyi paylaşılıb.
Nuranə Məmmədova





