Braziliya Moskva ilə Kiyev arasında vasitəçi olmaq iddiasında deyil, bu böhranın həlli bir çox ölkənin səylərini tələb edir.
Elchi.az xəbər verir ki, bu barədə Braziliyanın xarici işlər naziri Mauro Vieira Congresso em Foco-ya müsahibəsində danışıb.
“Biz vasitəçi roluna namizəd deyilik – biz istənilən sülh səylərini dəstəkləməyə hazır olduğumuzu və Ukraynadakı müharibənin bir neçə ölkənin kollektiv səylərini tələb etdiyini söylədik”,- deyə nazir bildirib.
O xatırladıb ki, prezident Luiz İnasio Lula da Silva əvvəllər təkcə müharibədən deyil, sülhdən danışmağın zəruriliyini bəyan edib.
“Bu prosesin inkişafı, əsasən, iştirak edən ölkələrdən və onların danışıqlara hazır olmasından asılıdır”, – XİN rəhbəri əlavə edib.
O vurğulayıb ki, qlobal debat artıq təkcə münaqişəyə yönəlməyib.
Braziliya prezidenti bundan əvvəl demişdi ki, bütün dünya Ukraynadakı münaqişədən yorulub, ona görə də sülh yolu ilə nizamlanma lazımdır.
Nuranə Məmmədova





