Beynəlxalq bazarlarda Brent markalı neftin bir bareli 83,58 dollara satılır.
Dünən 84,08 dollara kimi bahalaşan Brent markalı neftin barel qiyməti günü 83,79 dollarla tamamlayıb.
Elchi.az xəbər verir ki, brent markalı neftin bir barelinin qiyməti bu gün saat 09:49-da bağlanış tarixi ilə müqayisədə 0,25 faiz azalaraq 83,58 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin bir bareli 79,91 dollardan alıcı tapdı.
ABŞ dollarının digər valyutalar qarşısında bahalaşması ilə neftin qiyməti aşağı düşüb. ABŞ dollarının digər valyutalar qarşısında dəyərini ölçən ABŞ dolları indeksi bazar ertəsi bağlanışla müqayisədə 0,47 faiz artaraq 09:49-a 101,567 olub.
Digər tərəfdən, ABŞ iqtisadiyyatının ilin ikinci rübündə gözləntilərin üzərində böyüdüyünü göstərən məlumatlar neft qiymətlərindəki enişi məhdudlaşdırıb. Dünən ABŞ Ticarət Nazirliyi aprel-iyun dövrü üçün Ümumi Daxili Məhsulun illik bazda 2,4 faiz artdığını açıqlayıb.
ABŞ iqtisadiyyatının ikinci rübdə gözləniləndən daha çox böyüdüyünü göstərən məlumatlar neftə tələbatın bu il də artacağına dair gözləntiləri dəstəklədi.
Həmçinin, neft bazarları qlobal tədarük daralmasına diqqət yetirib. Səudiyyə Ərəbistanı və Rusiyada hasilatın azaldılmasının hiss olunmağa başlaması ilə ilin ikinci yarısında xam neft tədarükünün əhəmiyyətli dərəcədə azalacağı gözlənilir. İstehsalın azaldılması nəticəsində yaranan təklif narahatlıqları qiymətlərin enməsini məhdudlaşdırır.
Bildirilir ki, texniki olaraq Brent markalı neftin 83,63-83,76 dollar diapazonu müqavimət, 83,25-83,19 dollar diapazonu isə dəstək kimi qiymətləndirilə bilər.
Şayəstə Hüseynova




