Beynəlxalq bazarlarda Brent markalı neftin bir bareli 82,72 dollara satılır.
Elchi.az xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti bağlanış tarixi ilə müqayisədə 0,29 faiz artaraq 82,72 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin bir bareli 79,03 dollardan alıcı tapdı.
Çindən gələn zəif iqtisadi məlumatlardan sonra ölkədə təşviqlərin artırılacağına dair gözləntilər bahalaşmada təsirli olub.
Digər tərəfdən, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sabah siyasət faizini 25 bənd artıracağı müəyyən edilsə də, sərt pul siyasətinin iqtisadi aktivliyi boğacağı və neft tələbinə zərər verəcəyi ilə bağlı narahatlıqlar davam edir.
Bankın inflyasiya ilə mübarizə çərçivəsində ilin sonuna qədər necə izləyəcəyi ilə bağlı qeyri-müəyyənliklər davam edir.
Bildirilir ki, texniki olaraq Brent markalı neftin 82,76-82,95 dollar diapazonu müqavimət, 82,57-82,38 dollar diapazonu isə dəstək zonası kimi izlənilə bilər.
Şayəstə Hüseynova





