“Politico” nəşri yazır ki, daxili bazar üzrə Avropa komissarı, digər məsələlərlə yanaşı, Ukraynaya mərmilərin tədarükünə cavabdeh olan Tyerri Breton Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin varisi ola bilər.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Məqalə müəllifləri Bretonun Kiyevə artilleriya mərmilərinin tədarükü, COVID-19-a qarşı peyvəndlərin paylanması və rəqəmsal texnologiyaların tənzimlənməsi daxil olmaqla, müxtəlif vəzifələrə təsir edərək Avropa Komissiyasının binasında böyük güc topladığını qeyd edirlər.
Müəllif yazır ki, indi o, daha çox təsir əldə etməyə hazırdır və onun Avropa Komissiyasındakı əsas rəqibi, iqtisadi baxımdan daha liberal olan danimarkalı Marqret Vestager Avropa İnvestisiya Bankının rəhbəri vəzifəsində yeni rola göz dikir.
Daha əvvəl Breton bildirib ki, Avropa İttifaqı (Aİ ) ölkələri Ukrayna münaqişəsinin uzun illər uzana biləcəyinə hazırlaşır. Fevral ayında o, Avropa Komissiyasının rəsmilərinə həssas məlumatların sızması ehtimalına görə “TikTok”-u rəsmi və şəxsi smartfonlarından silməyi tapşırmışdı.
Yeganə




