“Biz minalardan təmizlənmə sahəsində Azərbaycana dəstək verən ilk ölkəyik. BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən Azərbaycana minaların təmizlənməsi üçün çox sayda texniki məsləhətçi göndərilib”.
Bunu APA-ya açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp bildirib.
O deyib ki, texniki məsləhətçilər ANAMA qrupları ilə birlikdə minalardan təmizlənmə işlərində iştirak edirlər.
“Biz, minalardan təmizlənmə prosesində ANAMA qrupları ilə birlikdə işlədiyimizə görə çox şadıq. Bununla insanların təhlükəsizliyini təmin edəcəyik. Bundan əlavə, Azərbaycanda bir çox Britaniya şirkətləri də minaların təmizlənməsinə dəstək verir. Məndə olan məlumata görə, artıq bizim minalardan təmizlənmə üzrə məsləhətçilərimiz ANAMA əməkdaşları ilə birgə 2 gün əvvəl Cəbrayıla çatıblar”, – səfir qeyd edib.






