"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Britaniya mətbuatı: Putin keçmiş cangüdənini Rusiya prezidentliyinə hazırlayır – Təhlil

08 Fevral 2016 - 10:20
in MANŞET

Moskvada ehtimal edirlər ki, Vladimir Putin öz adamını və “müharibə qəhrəmanı”nı (onun dəyərləndirməsinə görə) varis kimi hazırlayır. Müdafiə nazirinin müavini Aleksey Dyumin (43 yaş) bu günlərdə Tula vilayətinin qubernatoru oldu və bu fonda onun “igidliyi” haqda məlumatlar KİV-ə çıxdı. O, əvvəllər Putinin cangüdəni və inanılmış adyutantı olub, həmçinin prezidentin şəxsi hokkey klubunda qapıçı kimi çıxış edib.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Bir şərhçinin dediyi kimi, Dyuminin əsas vəzifəsi “həvəskar Vladimir Vladimiroviçin vurduğu şaybaları incə şəkildə, şitliyə yol vermədən, lakin müntəzəm qaydada qapıdan buraxmaq idi”.

Lakin 2014-cü ildə Kiyevi qərbyönlü inqilab bürüyərkən devrilmiş prezident Viktor Yanukoviçin Ukraynadan çıxardılması və Rusiyaya çatdırılması üzrə məxfi əməliyyata məhz o başçılıq edirdi.

Aydınlaşdığı kimi, Dyumin elə həmin il Krımın ilhaq edilməsində Rusiya ordusnun xüsusi əməliyyatına komandirlik edirdi. Putin göstərilən igidliyə görə onu Rusiya Qəhrəmanı rütbəsi ilə təltif etdi, ona general adı verildi və quru qoşunları komandanının müavini vəzifəsinə qoyuldu.

Dyumin sonra – iki ay öncə Putinin yaxın silahdaşı, müdafiə naziri Sergey Şoyqunun müavini vəzifəsini tutdu.

Dyuminin gözlənilmədən ərazisi Uelsdən böyük olan Tula vilayəti administrasiyasının başçısı vəzifəsinə təyin edilməsi növbəti sürətli yüksəlişdən öncə əyalət rəhbərliyində siyasi təcrübə toplamağa imkan verən Putin istəyi kimi qiymətləndirilir. Təcrübəli tele-radio aparıcısı, “Danışır Moskva” radiostansiyasının baş redaktoru Sergey Dorenko hesab edir ki, Vladimir Putin Aleksey Dyumini özünə varis hazırlayır. Kremlin burnu ovulmuş icmalçısı, Putinlə qarşılıqlı anlaşma tapmamış və ona işləməkdən imtina etmiş  Sergey Dorenko dedi ki, o, sözsüz ki, Dyuminə güvənir. Putin onu Rusiyanın növbəti prezidenti postuna digər iki mümkün namizəddən – 2008-2012-ci illərdə prezident vəzifəsini tutmuş baş nazir Dmitri Medvedyevdən (50 yaş) və Moskva vilayəti administrasiyasının başçısı Andrey Vorobyovdan (45 yaş) daha uca tutur.

Siyasi bloger, xatırladılan hokkey sitatının müəllifi Anton Orex bildirdi: tamamilə aydındır ki, keçmiş cangüdənin yüksəlişi Kaliqulanın senator olmuş sevimli atının əhvalatını yada salsa da, Putin Dyuminə tam etibar edir.

O, qeyd etdi ki, yaxın çevrəyə etibar etmək məntiqlidir.

Dyuminin yüksəlişinin bir yönü qeyd edilir: o həmişə Putinin yanında olub.

Kreml indiki anda prezidentin varisi haqda açıq şəkildə praktik olaraq heç nə demir. Lakin 63 yaşlı Putin 2018-ci il seçkilərində namizədliyi irəli sürməyə dəyib-dəyməyəcəyi və yaxud vəzifəni etibarlı şəxsə ötürmək haqda tezliklə qərar qəbul etməlidir.

Ekspertlərin fikrincə, Putin seçkilərdə iştirak edib qələbə çalacaq, sonra vaxtından əvvəl səlahiyyətlərini yerə qoyacaq.

Aleksey Dyumin etiraf etdi ki, başgicəlləndirici karyerasında yeni pillə  haqqında ona yalnız tək günü deyiblər.

Onun sözlərinə görə, təklif tamamilə gözlənilmədən edilib və bunu güman etmirdi. Siyasətçi dedi: “Mən qərarın qəbul edildiyi Vladimir Vladimiroviçlə söhbətə düşdüm. Mən hərbçi adamam. Vətən “irəli” dedi və mən “oldu” cavabını verdim”.

Dyumin əlavə etdi ki, bu vəzifəni almağa şaddır.

Aleksey Dyumin çoxdan Vladimir Putinin yaxın adamı idi və siyasi adyutant kimi onun şəxsi avtomobilində gəzirdi.

2010-cu ildə Putin Rusiyanın Sakit okean sahillərində növbəti ov macərasına başlayıb – boz balinanın dərisini analiz üçün götürəndə – arbaletdən yalnız dördünücü atəşdə hədəfə düşərkən Dyumin onun kəmərindən yapışmışdı.

 

Uill Stüart

Daily Mail (Böyük Britaniya), 07.02.2016

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ 92 yaşlı strateqini Putinlə danışığa kimi göndərdi?

Next Post

“Qazprom” Avropada “qiymət savaşına” hazırlaşır

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

"Qazprom" Avropada "qiymət savaşına" hazırlaşır

Zəlzələ qurbanlarının sayı 35-ə çatdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.