"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Britaniya mətbuatı: Rusiya Hələbdə Amerikanın və bütün dünyanın ağzından vurdu – Təhlil

11 Fevral 2016 - 17:39
in XƏBƏR LENTİ

Bütün dünyanın gözü qabağında intensiv bombardman Suriyada ən böyük şəhəri humanitar fəlakət həddinə çatdırıb. Durum Sarayevonun 20 il əvvəlki mühasirəsini xatırladır.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Con Kerri asanlıqla təslim olmur. ABŞ dövlət katibi çərşənbə günü Münhendə Suriya sülh danışıqlarının aparılmasına yönəlmiş yeni diplomatik səylərdə təkidli olacaq. Lakin onun qətiyyətinə baxmayaraq, yerdəki gerçək durum nəinki dönüşə səbəb olur, həm də Amerika və Qərb strategiyasının rabitəliliyi və əsaslılığı haqda daha ciddi şübhələr doğurur. Rusiya HHQ İranadan kömək alan hərbi birləşmələrə və Suriya hökumət qoşunlarına dəstək verərək artıq bir həftədən çoxdur üsyançıların tutduğu, nə zamansa Suryanın ən böyük şəhəri olmuş Hələbi bombardman edir. Əgər müharibənin bu məhv strategiyası davam etsə, Suriya vətəndaş müharibəsində qüvvələr balansı kökündən dəyişiləcək. Kerrinin təklif etdiyi danışıqlı həll baş tutmayacaq və qüvvəsini itirəcək, çünki Suriyada daha danışıqlar masasının arxasında təqdim ediləsi müxalifət qalmayacaq.

Əslində, Hələbdə və ətrafındakı humanitar fəlakət dünyanı durumu yenidən mənalandırmağa məcbur etməlidir. Qışın soyuğunda Türkiyə sərhədində artıq on minlərlə Suriya vətəndaşı var. BMT-nin məlumatına görə, hazırda çəllək bombaların atıldığı Hələbdən daha 300 min nəfər qaça bilər. Bu insanlara elə gəlir ki, Surya hökumət qoşunlarının şəhəri götürəcəyi halda onları hansı aqibətin gözlədiyini bilirlər. BMT-nin bu günlərdə yayılmış məruzəsində Əsəd rejiminin tətbiq etdiyi işgəncə üsulları kütləvi qırğın adlandırılıb. 2011-ci ildə rejimə qarşı üsyanın rəmzinə, 2012-ci ildə isə müxalif güclərin qalasına dönmüş Hələb şəhərini mühasirə, aclıq və kütləvi qırğın təhdid edir.

Rusiyanın Suriyaya dörd ay davam edən hərbi müdaxiləsinin yekunu bu müharibədə dönüş məqamı ola bilər. Lakin daha çox insan iztirabı doğuracaq və nəticədə İŞİD-in işinə yarayacaq. 2013-2014-cü illərdə İŞİD-i Hələbdən qovmuş həmin qruplaşmaların özü bu gün hücum obyekti olub. Suriyadakı durum cəmi bir həftə ərzində pisdən dəhşətliyə keçdi. Kerri bunu çox yaxşı bilir və var gücü ilə danışıqların keçirilməsinə təkid edir. Lakin bununla Obama administrasiyası strategiyasının bu gün  tam iflasa uğradığından doğan tutqun vəziyyəti gizlətmək olmaz. Birləşmiş Ştatların və müttəfiqlərinin guya dəstəklədiyi üsyançılar tank əleyhinə və zenit qurğularına ehtiyac duyurlar, lakin heç nə onların bunu əldə edəcəyindən xəbər vermir. Heç nə dəyişilməsə, onların darmadağını ancaq vaxt məsələsi olacaq.

Yəqin ki, münaqişənin bu böhranlı anında Amerika siyasətini qaydaya salmaq artıq mümkün deyil. Lakin olduiqca önəmlidir ki, Vaşinqton öz səhvlərinə görə aşkar hesabat versin. Suriyada “qırmızı xətlər” gah görünür, gah da yox olurdu, yekunu isə nəhəng insan qurbanları oldu.  Moskva isə sübut etdi ki, Əsəd rejiminə dəstək verməkdə xeyli dərəcədə ardıcıldır və Qərb öz müttəfiqləri ilə müxalifətdə dəstəkdə ondan əməli-başlı geri qalır. Həmçinin aydın deyil ki, Kerri bu həftə diplomatiya uğursuzluğa düçar olsa, ABŞ-ın başqa “təsir vasitələri” olacağını bildirərəkən nəyi nəzərdə tuturdu. Əldə olan məlumata görə, Rusiya martın 1-ə bombardmanı dayandırmağı təklif edib. Lakin bu abırsız təklif ona Hələbin işğalı və məqsədinə çatmağa üç həftə vaxt qoyur.

Sərt gerçəklik belədir ki, Rusiyanın hərbi müdaxiləsinə görə ABŞ-ın çox az fəaliyyət variantı qalıb. Bu müdaxilə üzündən Suriyanın quzeyində Qərbin təmin edəcəyi və mülki əhalini və üsyançıları qorumalı olan “uçuşsuz zona” yaratmaq haqda bütün söhbətlər hər cür mənasını itirdi. Bunu müharibənin daha erkən mərhələlərində etmək olardı, lakin hazırda bu cür tədbirlər Rusiya ilə daha geniş münaqişə təhlükəsi yaradar ki, Obama administrasiyası tam anlaşılan səbəblərə görə buna yol verməz. Bu gün Hələbdə baş verənlər tezliklə Sarayevonin 1990-cı illərdəki mühasirəsini yada salacaq, lakin bu dəfə heç haradan kömək gözlənilmir, nəticə isə qaçqın böhranının güclənməsi – o cümlədən, Avropada – olacaq. Bu, Qərbin Suryadakı iflasının simvoludur. Hələb artıq BMT-nin vicdanında ləkə oldu. Bu şəhər indi nə qədər xeyirxah görünmək istəsə də, Amerika administrasiyasının nüfuzunda ləkəyə çevrildi.

 

The Guardian (Böyük Britaniya), 11.02.2016

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Banklar girov mənzilləri satdırır

Next Post

“İlhamə Teymur Əmrahı döydürüb”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“İlhamə Teymur Əmrahı döydürüb”

ABŞ və Rusiyanın Türkiyəyə hücum planı açıldı - Xəritə

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.