"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Britaniya nəşri Yaqlandın Azərbaycanla bağlı mövqeyini tənqid etdi

05 Noyabr 2014 - 16:57
in SİYASƏT

70788_res_01Böyük Britaniyanın “News Performance” nəşri özünün “Biz Azərbaycan kimi inkişaf etməkdə olan ölkələri tənqid etməli, yoxsa onlara dəstək göstərməliyik?” adlı məqaləsində Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Azərbaycanla bağlı mövqeyini tənqid edib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

“Trend”-in məlumatına görə, məqalə müəlliflərinin yazdıqları kimi, bu yazı baş katibin “Azərbaycanda insan hüquqları çox həssas məsələdir. Böyük Britaniya buna göz yummamalıdır” məqaləsinə cavabdır.

Məqalədə deyilir: “Baş katib bilməlidir ki, öz qonşuları ilə müqayisədə Azərbaycanda insan haqları ilə bağlı vəziyyət daha yaxşıdır. Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları haqqında Ümumi Bəyannamə ilə təminat verilmiş vətəndaş, siyasi, iqtisadi, sosial və mədəni hüquqları onların milli səviyyədə reallaşdırılması üçün öyrənir”.

Müəlliflərin fikrincə, T.Yaqland Azərbaycanın və dövlət başçısı İlham Əliyevin başlıca vəzifəsi olan ölkədə demokratiyanın inkişafı ilə bağlı öz hədəflərinə nail olmağa və insan haqları ilə bağlı vəziyyəti yaxşılaşdırmağa çalışdığını anlamaq iqtidarında deyil.

Nəşr yazır ki, Azərbaycan, habelə beynəlxalq hüquq normalarına uyğun gəlməyən qanunlarla bağlı islahatları həyata keçirməkdə, ölkə və beynəlxalq birlik arasında əlaqələri yoluna qoyan beynəlxalq qurumlarla işləməkdə davam edir.

Müəlliflər yazırlar ki, hətta T.Yaqlandın özü yaxşılaşmanın olduğunu etiraf edir və öz məqaləsində göstərir ki, “işıq yeri var”.

Üç həftə əvvəl Prezident İlham Əliyev aralarında hüquq müdafiəçilərinin də olduğu 84 məhkumu öz sərəncamı ilə azad edib.

Məqalədə gələcəkdə çoxlu sayda fəalın əfv olunmasına gətirib çıxara biləcək və məqsədi vətəndaş cəmiyyəti ilə Azərbaycan hakimiyyəti arasında müzakirələrin aparılmasını təmin etmək olan hüquq müdafiəçilərindən, parlamentarilərdən, Prezident Administrasiyasının nümayəndələrindən və Avropa Şurasının (AŞ) ekspertlərindən ibarət İnsan Hüquqları üzrə Birləşmiş Qrupun yaradılması da qeyd olunub.

Müəlliflər yazırlar: “Biz Azərbaycanı tənqid etmək əvəzinə, daha mütərəqqi dəyişikliklərə nail olmaqdan ötrü ölkəni təşviq etməliyik”.

Məqalədə qeyd edildiyi kimi, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və AŞ ilə söz azadlığı və məhkəmə hakimiyyətinin müstəqilliyini dəstəkləyən layihələrin reallaşdırılması üçün fəaliyyət planını razılaşdırıb.

Məqalə müəllifləri yazırlar: “Azərbaycan inkişaf və demokratiya baxımından gənc ölkədir və biz bu ölkədən Böyük Britaniya səviyyəsində demokratik sistem gözləyə bilmərik. Buna mənfi qiymət verməzdən əvvəl, fikrimizi regional kontekstə cəmləşdirməliyik. Beləliklə, biz cənab Yaqlandın fikrinə hörmət edirik, lakin onun əsaslandırmaları ilə razılaşmırıq. Hesab edirik ki, insan haqları ilə bağlı vəziyyət yaxşılaşacaq, çünki aydındır ki, ölkə rəhbərliyinin Azərbaycanı Avropa demokratiyası səviyyəsində ölkəyə çevirmək üçün güclü iradəsi var”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

” Rusiya istədiyi ölkənin ərazisinə tankla soxula bilər”

Next Post

Mübariz Qurbanlıdan cəsarətsiz açıqlama

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Mübariz Qurbanlıdan cəsarətsiz açıqlama

Gürcüstanın10 səfiri istefa verdi -QİYAM?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.