Böyük Britaniya köhnə “Vanguard” tipli sualtı qayıqları yeniləri ilə əvəz edəcək və nüvə başlıqlarını yeniləyəcək.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin İnkişaf Planında qeyd edilib.
Sənəddə qeyd olunub ki, 2016-cı ildə Britaniya parlamenti nüvə qarşısının alınması qüvvələrinin yenilənməsi və “Vanguard” sualtı qayıqlarının dörd “Dreadnough”t sualtı qayıqları ilə əvəzlənməsinin lehinə səs verib. İlk sualtı qayıq 2030-cu illərdə hazır olacaq.
Planda deyilir: ” “Dreadnought” tipli çəkindirici vasitələrin effektivliyini təmin etmək üçün biz nüvə başlıqlarımızı da əvəz edəcəyik”.
Ölkədə sualtı qayıqlar və əvəzedici döyüş başlıqları yaradılacaq. Planda deyilir ki, Böyük Britaniya Müdafiə Nazirliyi növbəti iki il üçün əlavə 3 milyard funt sterlinq (3,9 milyard dollar) və növbəti üç il üçün daha 6 milyard funt sterlinq (7,8 milyard dollar) alıb.
Qeyd edək ki, Britaniyanın dörd nüvə sualtı qayığı var. “HMS Victorious”, “HMS Vanguard”, “HMS Vigilant” və “HMS Vengeance”.
Yeganə





