"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Britaniya Putinin maliyyə sirlərini faş edə bilər

11 Mart 2015 - 10:53
in XƏBƏR LENTİ

Britaniya Putinin maliyyə sirlərini faş edə bilərBirləşmiş Krallığın xarici işlər naziri bəyan edib ki, London Moskvaya qarşı informasiya müharibəsində Rusiya elitasının maliyyə sirlərini “xalqa” elan edə bilər.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Philip Hammond deyib ki, Rusiya prezidentinin yaxın çevrəsinin gizli sərvəti barədə məlumatların açıqlanması Putin rejimini Rusiya xalqının gözündən salmaq məqsədi güdəcək.
Rusiyanın “ləyaqətli” yeri
Britaniyanın xarici işlər naziri bildirib ki, Vladimir Putin Rusiya Silahlı Qüvvələrini sürətlə təkmilləşdirməklə Avropaya və Britaniyaya təhlükə təşkil edir.
Cənab Hammond vurğulayıb ki, Rusiyaya Soyuq Müharibə ardınca “ləyaqətli yerinin” təklif edilməsi cəhdləri artıq etibarını itirib.
İndiyədək Britaniya hökuməti Moskva ilə münasibətlərin normallaşa biləcəyinə ümid edirdi.
Baş nazir David Cameron dəfələrlə bildirmişdi ki, Rusiya Ukraynadakı təcavüzünü dayandırarsa, onun üçün Avropanın qapısı açıq saxlana bilər.
BBC təbliğat müharibəsində
İndi isə baş nazir Rusiyanın çox böyük təhlükə olduğunu etiraf edib və bildirib ki, Britaniyanın kəşfiyyat orqanları rus dilini bilənlərin intensiv şəkildə xidmətə cəlb edilməsinə başlayıb.
Baş nazir David Cameron həmçinin deyib ki, Rusiya televiziyası ilə informasiya müharibəsində üstünlüyün əldə edilməsi məqsədilə BBC-nin Rus və Ukrayna xidmətlərinin büdcələri artırılmalıdır.
Rusiya və Ukraynadakı Britaniya diplomatları informasiya müharibəsinin tərkib hissəsi kimi vaxtaşırı Ukrayna separatçılarına Moskva tərəfindən verilmiş silah və texnika barədə təsvirli məlumatları açıqlayırlar.
Ofşor hesabları, malikanələr
Avropa İttifaqı Krımın ilhaqı ilə əlaqəsi olan 151 Rusiya və Ukrayna vətənsdaşı, habelə 37 şirkət barədə sanksiyalar qəbul edib.
Britaniya mətbuatı yazır ki, Putin əshabələrinin sərvəti barədə məlumatlar ziddiyyətli olsa da, onun milyardlarla dollar civarında olduğu düşünülür.
Bu sərvətin ofşor bank hesablarında gizlədildiyinə, London və Nyu Yorkun bahalı mülkiyyət bazarına qoyulduğuna dair tutarlı faktlar mövcuddur.
“The Daily Telegraph” qəzeti yazır ki, bu sərvətin böyük bir hissəsi 1990-cı illərdə nizamsız özəlləşdirmə layihələri ilə əldə olunub.
“Maraqlı faktlar”
Cənab Hammond Britaniya hökumətinin ixtiyarında Putinin yaxın çevrəsinin maliyyə sövdələşmələrinə dair “maraqlı” faktların ola biləcəyini istisna etməyib.
O deyib ki, “strateji kommunikasiya” xidmətlərinin məhz bu məsələlərin üzərində işləməsinə sərəncam veriləcək.
Britaniya xarici işlər naziri “strateji kommunikasiya” ifadəsini “kəşfiyyat orqanları”nın sinonimi kimi işlədib.
Philip Hammond deyib ki, Rusiyanın post-Soyuq Müharibə dövründə inteqrasiya olunmasına “səxavətlə” edilmiş cəhdlər boşa çıxıb.
Putin SSRİ-nin çökməsini təhqir sayır
Nazir mülahizə yürüdüb ki, Putin Sovet İttifaqının çökməsini təhqir hesab edir və bunda Qərbi günahlandırır.
Cənab Hammond deyib ki, Rusiyanı qanuna əsaslanan sistemə inteqrasiya etmək səyləri iflasa uğrayıb.
O bildirib ki, Rusiya lideri Krımın qanunsuz ilhaqı və Şərqi Ukraynanın sabitsizləşdirilməsi ilə Şərqi Avropa ölkələrinin suverenliyinə təhlükə yaradıb.
Nazirin sözlərinə görə, Rusiyanın hazırkı davranışı yaşı 50-ni haqlayanlar üçün yaxşı tanışdır.
Elitanın “portmanatları”
“The Daily Telegraph”,qəzetin öz təbirincə deyilərsə, Putinin və Rusiya elitasının “portmanatları” sayılan oliqarxlardan bir neçəsinin adlarını çəkib.
Bunlar Rusiya dəmir yollarının rəhbəri Vladimir Yakunin, neft ticarətçisi Gennady Timchenko, Bank Rossiyanın ən böyük payçısı Yuri Kovalchuk, Arkady və Boris Rotenburg qardaşları, “Rosneft”in prezidenti Igor Sechin-dir. (Azadlıq Radiosu)
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda avronun ucuzlaşması davam edir

Next Post

Hər yerdən qovulan keçmiş meyxanaçı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Hər yerdən qovulan keçmiş meyxanaçı

Ötən ay sərhədi pozan 30 nəfər saxlanılıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.