Xocalı kimi faciələrin baş verməməsi üçün sülh və əmin-amanlıq uğrunda hamı çalışmalıdır.
Bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter”də bildirib.
“Faciənin günahsız qurbanlarını dərin hüznlə anırıq. Belə faciələrin baş verməməsi üçün sülh və əmin-amanlıq uğrunda hamımız çalışmalıyıq”, – bu gün Azərbaycan XİN-in təşkil etdiyi Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş konfrans və sərgidə iştirak edən diplomat vurğulayıb.






