Tayvanın müstəqilliyini iddia edən Britaniya parlamentinin Xarici Əlaqələr Komitəsinin bəyanatı faktlarla ziddiyyət təşkil edir. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin mətbuat konfransında bildirib.
“Tayvanın müstəqilliyindən bəhs edən hesabat faktlara ziddir. Çin Britaniya parlamentini Vahid Çin prinsipinə və beynəlxalq münasibətlərin əsas hüquqi normalarına riayət etməyə çağırır”, – deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
“Tayvanın müstəqilliyindən bəhs edən hesabat faktlara ziddir. Çin Britaniya parlamentini Vahid Çin prinsipinə və beynəlxalq münasibətlərin əsas hüquqi normalarına riayət etməyə çağırır”, – deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib. Bundan əvvəl Britaniya parlamenti Tayvanı ilk dəfə rəsmi olaraq müstəqil ölkə adlandırıb. Belə bir addım Pekin və London arasında son illərdə artan gərginlik və Böyük Britaniyanın baş naziri Rişi Sunakın Britaniya-Çin münasibətlərində qızıl dövrün sonu ilə bağlı açıqlamalarla əlaqələndirilir.
Havar Şəfiyeva





