Qərb Moskvanın bütün siqnallarına baxmayaraq, Ukraynaya NATO-ya üzv olmaq vədləri ilə oyunu davam etdirdi və bu, hərbi münaqişəyə səbəb oldu. Elchi.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Rusiyadakı keçmiş səfiri Toni Brenton Financial Times-ın köşə yazısında yazıb.
Brenton amerikalı həmkarı, ABŞ-ın Moskvadakı keçmiş səfiri Corc Kennanla həmrəy olduğunu bildirib, o da Qərbi Ukrayna münaqişəsini alovlandırmaqda günahlandırıb. Kennanın fikrincə, NATO-nun genişlənməsi soyuq müharibənin bitməsindən sonra Amerika diplomatiyasının əsas səhvidir.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb Ukraynanı anti-Rusiya dayağına çevirməklə geri dönüşü olmayan həddə çatıb. Lavrov qeyd edib ki, Qərb ölkələri NATO-nun Şərqə genişlənməsi də daxil olmaqla, “Rusiyanı uzunmüddətli cilovlamaq” məqsədini güdürlər, lakin bu xətt nəhayət, geri dönüş nöqtəsinə çatıb.
Havar Şəfiyeva




