Bunun üçün onlar Dünya Bankına zəmanət verəcəklər.
Elchi.az xəbər verir ki, Böyük Britaniya Dünya Bankına Ukraynaya üç milyard dollar məbləğində kredit vermək üçün zəmanət verəcək. Bu bəyanatla Britaniyanın baş naziri Rişi Sunak çıxış edib və mətni hökumətin saytında dərc olunub.
Böyük Britaniya Dünya Bankının kreditləri üçün əlavə 3 milyard dollar zəmanət də daxil olmaqla, Ukrayna üçün əlamətdar maliyyə dəstəyi paketini elan edir.
O, həmçinin vurğulayır ki, Kiyev üçün üç il müddətinə kredit zəmanəti veriləcək və bu il Böyük Britaniya Ukraynaya 240 milyon funt sterlinq məbləğində yardım təklif edəcək.
Şayəstə Hüseynova




