Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynanı Rusiyaya qarşı apardığı mübarizədə dəstəkləmək üçün daha 600 “Brimstone” raketi göndərəcəklərini deyib.
Elchi.az bu barədə xarici mediaya istinadən xəbər verir.
B.Uolles qeyd edib:
“Heç yerə getmirik, cənab Putin. Biz uzun müddətdir buradayıq və Ukraynanın yanındayıq!”.
Uolles Estoniyadakı Tapa hərbi bazasında verdiyi açıqlamada Rusiyanı Ukraynanı tərk etməyə və beynəlxalq qanunlara hörmət etməyə çağırıb:
“Putin fevralın 24-də işğala başladıqda bəzi fərziyyələr irəli sürdü. Birincisi, ukraynalılar döyüşməyəcək, ikincisi, onun üstün ordusu istənilən müqaviməti tez bir zamanda darmadağın edəcək. Ancaq bunların heç biri doğru çıxmadı”.
Ukraynanı dəstəkləməyə davam edəcəklərinin vurğulayan Uolles, “Prezident Putin bu il darıxacağımıza inanırsa, yanılır. Bu il, gələn il və ondan sonra da planlar quracağıq”-deyib.
İndiyə qədər Ukraynaya çoxlu yardım göndərildiyini xatırladan Uolles bildirib:
“Ukraynaya daha 600 “Brimstone” raketi göndərəcəyik. Bu, Ukraynanın döyüş meydanına hakim olmasında inanılmaz dərəcədə əhəmiyyətli olacaq”.
Yeganə




