Qeyd olunur ki, bəzi hərbçilər “qida və yanacaq” arasında seçim etməlidirlər.
Elchi.az xəbər verir ki, Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin (Hava Qüvvələri) Koninqsbi böyük aviabazasında olan hərbçiləri yüksək inflyasiya, eləcə də ölkədəki böhran səbəbindən ərzaq banklarına müraciət etmək məcburiyyətindədirlər, bu barədə Sky News telekanalı məlumat yayıb.
Telekanal hərbi mənbələrə və Hərbi Hava Qüvvələri sənədlərinə istinad edərək, “Bəzi hərbi qulluqçular və onların ailələri yüksək inflyasiya və artan xərclər fonunda ərzaq banklarından istifadə etməyə məcbur olublar ki, bu da ordunu böhrana sürükləyir”.
Şayəstə Hüseynova





