Böyük Britaniya Meteorologiya İdarəsinin (Met) proqnozlarına görə, Böyük Britaniyada 2022-ci ildə qırılan temperatur rekordları bu əsrin sonuna qədər “sərin” hesab olunacaq.
Elchi.az xəbər verir ki, Met-in açıqladığı hesabatda keçən il 40 dərəcə Selsidən yuxarı olan temperatur “fövqəladə” kimi qiymətləndirilib.
Hesabatı yazan elm adamları karbon emissiyaları gözlənildiyi kimi davam edərsə, 2022-ci ildə yaşanan temperaturların 2060-cı ildə orta səviyyəyə qayıdacağı və 2100-cü ilə qədər orta səviyyənin altında qalacağını bildirirlər.
Keçən ilin temperatur rekordlarını qıran əsas amillərdən biri Böyük Britaniyanın hər bir regionunda iqlim dəyişikliyinin artan təsiri olub.
Hazırda Böyük Britaniya iqlimində yağıntılar həlledici amil olsa da, cəmi bir il əvvəl ölkə güclü isti dalğası ilə üzləşmişdi. 2022-ci il 1884-cü ildən bəri ən isti il olub.
İngiltərədə keçən il ən yüksək gündəlik temperatur Linkolnşir bölgəsindəki Koninqsbi qəsəbəsində 40,3 dərəcə Selsi olub. Met-ə görə, bu, təcrid olunmuş bir hal deyildi və il boyu davamlı olaraq isti idi.
Met-in 2022-ci il Böyük Britaniya İqlim Hesabatı göstərir ki, dekabr ayı istisna olmaqla, ötən ilin hər ayı 1991-2020-ci illərin orta göstəricisindən daha isti olub.
Tədqiqatın əsas məqamlarından biri də Böyük Britaniyada ekstremal temperaturların orta temperaturdan çox daha sürətli dəyişməsidir.
Şayəstə Hüseynova




