“Rusiya da bizə yaxın ölkədir, Azərbaycanla müttəfiq ölkədir. Ukrayna da bizim starateji tərəfdaşımızdır. Biz bu müharibədə tərəf deyilik. Biz Ukraynaya humanitar yardım edirik. Amma heç Ukrayna bizə humanitar yardımı da etməyib. Azərbayacanın 44 günlük Vətən müharibəsində Ukraynada 5 nəfər çıxıb Ermənistanın səfirliyinin qarşısında aksiya da keçirmədi.” Bu açıqlamanı Moderator.az saytına BAXCP sədrinin müavini, QHT sədri, AXC Tv-nin baş redaktoru Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, Britaniya parlamentinin Leyboristlər partiyasının təmsilçisi Marqaret Hodc Azərbaycana qarşı təxribatla məşğuldur:” Ukrayna bizə görə balaça Ermənistanla belə münasibətləri pozmadı . Bizim Rusiyada 2 milyon azərbaycanlı yaşayır. Buna görə də biz Rusiya ilə necə münasibətləri poza bilərik? Biz bu münaqişəyə qatışmırıq. Görünür bizim bu mövqeyimiz Britaniya parlamentinin Leyboristlər partiyasının təmsilçisi Marqaret Hodcun xoşuna gəlmir. Amma yaxşı olardı ki, bu qadın öz hökümətindən tələb etsin ki, niyə Ukraynanı bu günə saldınız və indi də tək buraxmısınız? Bu qadının Azərbaycanla bağlı bu cür ittihamlarını qətiyyələ rədd edirik. Bu adamlar təxribatçı adamlardı və bu cür təxribatlarla heçnəyə nail ola bilməyəcəklər!”
Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...






