Böyük Britaniyanın ev təsərrüfatları gündən-günə artan inflyasiya, enerji böhranı və dövlət sosial sığortası (National Insurance tax) vergilərinin artırılması planına görə ciddi məsrəflərlə üzləşib.
Musavat.com xəbər verir ki, bu barədə “Resolution Foundation” (RF) analitik mərkəzinin məlumatında deyilir. Bununla bağlı “Sky Nyus” xüsusi reportaj yayımlayıb.
Mütəxəssislərin rəyinə görə, hazırda ada dövlətində yanacağın qiyməti bir il ərzində 500 funt artıb. Enerji şirkətlərinin iflası isə istehlakçıların ödəmələrinə daha 100 funt əlavə edəcək.
Krallıq əhalisi bütün bunlardan əlavə 600 funtluq vergilərlə üzləşməli olacaq. Bu cür qeyri-proporsional xərclər isə ən çox azgəlirli ailələrə zərbə vuracaq.
“RF” ekspertləri artan maaşların belə inflyasiyaya çatdırmadığını vurğulayırlar. 2022-ci ilin sonuna qədər orta əmək haqqından sadəcə 0,1 faiz çox olacağı gözlənilir. Bununla bərabər Böyük Britaniyada ötən ilin oktyabr ayında inflyasiya 4,2%, noyabrda isə 5,1% olub.
İqtisadçı ekspert Torsten Bell əhalinin gəlirlərində yaşanan durğunluığun fonunda, ərzaq, mal və xidmətlərin daha da bahalaşacağına əminliyini ifadə edib. Onun sözlərinə görə, alıcılıq qabilyyətinin aşağı düşməsi fəlakətli nəticələrə gətirib çıxara bilər. Bu isə Boris Conson hökumətini istəməsə belə müdaxilə tədbirlərinə əla atmağa vadar edəcək.





