Britaniyanın xarici işlər naziri Liz Trass bildirib ki, Rusiya gələn həftə Ukraynaya hücum edə bilər.
Elchi.az bildirir ki, bu barədə “Reuters” agentliyində məlumat verilib.
O deyib ki, ən pis ssenari gələn həftə baş verə bilər: “Reallıq budur ki, Rusiya vaxtı geri qaytarmağa çalışır”.
Trussun sözlərinə görə, 20-ci əsrin əvvəllərindən bəri Avropanın təhlükəsizliyi üçün ən təhlükəli anlardan birini yaşayırıq: “Biz görünməmiş birlik nümayiş etdirməliyik. Ondan qorxuram ki, Rusiya diplomatik həll imkanını ciddi qəbul etmir”.






