"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Brüssel ARDNŞ-in yarım milyard dollarlıq sövdələşməsini təsdiqləmir?..

06 Noyabr 2014 - 16:06
in İQTİSADİYYAT MANŞET

Avropa Komissiyası gözlənilmədən elan edib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ/SOCAR) 70926_res_01Yunanıstanın qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin alınmasına dair sövdələşməsini təsdiqləməyə bilər.

Bunu da oxuyun

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Virtualaz.org saytı xəbər verir ki, bu haqda Avropa Komissiyasının yaydığı rəsmi press-relizdə bildirilir (http://europa.eu/rapid/press-release_IP-14-1442_en.htm).

SOCAR Yunanıstanın DESFA şirkətinin səhmlərinin 2/3 hissəsinin 500 milyon dollara alınmasına dair razılaşmanı ötən ilin iyununda əldə edib. Razılaşmanın rəsmiləşdirilməsi bir neçə dəfə təxirə düşüb.

Rəsmi müqavilənin imzalanması ötən il dekabrın 17-də, “Şahdəniz-2” layihəsinin işə salınması ilə bağlı Bakıda təşkil edilmiş mərasimdə nəzərdə tutulurdu. Bu məqsədlə Yunanıstanın baş naziri Antonis Samaras Azərbaycana səfər etməli idi.

Lakin Bakıya səfər üçün Afinadan yola çıxan baş nazirin təyyarəsində havada texniki nasazlıq yarandı və A.Samarasın təyyarəsi Afina yaxınlığındakı hərbi aerodroma yerə endi.

Yunanıstan tərəfi elan etdi ki, baş nazirin Bakıya səfəri üçün başqa təyyarə tapılmadığı üçün səfər ləğv edilib.

Nəhayət, ötən il dekabrın 22-də Afinada Azərbaycan Dövlət Neft Şirkəti ilə Yunanıstanın Dövlət Əmlakını Özəlləşdirmə Fondu (HRADF) arasında bu ölkənin qaz kəmərləri sisteminin operatoru olan DESFA-nın səhmlərinin 65 faizinin alınmasına dair müqavilə bağlanıb.

Bu sövdələşmə SOCAR və Azərbaycan dövləti üçün strateji əhəmiyyət kəsb edir. Çünki yunan qaz kəmərləri sisteminin operatorunu almaqla SOCAR Azərbaycan qazının Yunanıstan üzərindən Avropaya nəqlində öz mövqelərini gücləndirmiş olur.

Yunanıstanın DEPA qaz şirkətinin və ölkənin qaz nəqli kəmərlərinə nəzarət edən DESFA-nın özəlləşdirməyə çıxarılmasından sonra bu şirkətlər uğrunda SOCAR-la Rusiyanın “Qazprom” şirkəti arasında kəskin rəqabət getdi. Sonda “Qazprom” gözlənilmədən DEPA-nın satışına dair tenderdən çəkildi, DESFA-nın səhmlərini isə SOCAR aldı.

Yunanıstan Avropa İttifaqının üzvü olduğuna görə bu sövdələşmə ancaq Avropa Komissiyası tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minə bilər. SOCAR-ın DESFA-nın səhmlərini almasına dair razılaşma baxılmaq üçün oktyabrın 1-də Avropa Komissiyasına təqdim olunub.

Avropa Komissiyası bildirir ki, yunan qaz kəmərləri sistemi operatorunun SOCAR-a satılmasına dair sövdələşməni Avropa İttifaqının rəqabət mühitini tənzimləyən reqlamenti əsasında “dərindən araşdırmağa” başlayıb.

Press-relizdə bildirilir ki, bu araşdırmada SOCAR-ın fəaliyyəti “Cənub qaz dəhlizi” çərçivəsində qaz hasilatçısı və qazın Yunanıstana topdan satıcısı qismində nəzərdən keçirilir. DESFA isə Yunanıstanın yeganə qaz nəqli şəbəkəsinin sahibi və operatorudur, həmçinin ölkənin yeganə sıxılmış qaz terminalı onun mülkiyyətindədir.

“Komissiya ehtiyat edir ki, bu sövdələşmə Yunanıstana təbii qazın topdan satışında rəqabəti poza bilər. Çünki birləşmiş şirkət SOCAR-ın rəqiblərinə Yunanıstanın qaz kəmərləri şəbəkəsinə çıxışına mane olmağa imkan verəcək” – deyə Avropa Komissiyası bildirir.

Press-relizdə deyilir ki, Avropa Komissiyası Yunanıstan hökumətinin ölkənin energetika bazarının liberallaşdırılması və modernləşdirilməsinə yönələn özəlləşdirmə proqramı çərçivəsində DESFA-nı satışa çıxarmasının rəqabət mühitinə zərbə vurmamasına, nəticədə Yunanıstan istehlakçılarının qaza görə daha yüksək qiymət ödəməsinə gətirib çıxarmamasına çalışır.

Avropa Komissiyasının bu sövdələşməyə dair qərar çıxarmaq üçün 90 iş günü, yəni 2015-ci il, martın 23-nə qədər vaxtı var. Bununla belə komissiyanın ilkin araşdırmaları göstərib ki, bu sövdələşmə rəqabət mühitinə zərbə vurur.

SOCAR-la DESFA-nın birləşməsindən əmələ gələn yeni şirkət öz rəqiblərini Yunanıstan bazarına buraxmaya, beləliklə də ölkənin energetika sisteminə investisiyaları məhdudlaşdıra, eyni zamanda Yunanıstanın sıxılmış qaz terminalının genişləndirilməsi yolu ilə gələcəkdə bu ölkə üzərindən qaz ixracını artırmağa mane ola bilər.

Həmçinin TAP kəmərinin DESFA-nın qaz kəmərləri sistemindən asılı olmasına gətirib çıxaracaq.

“İlkin araşdırmalar onu da göstərib ki, SOCAR DESFA-nı alaraq Yunanıstana başqa mənbələrdən qaz daxil olmasını əngəlləyə, beləliklə də öz rəqibləri üzərində rəqabət prinsiplərindən kənar üstünlüyə malik ola bilər. İlkin araşdırmaya görə SOCAR rəqiblərinin Yunanıstanın qaz kəmərləri sisteminə çıxışını əngəlləyəcək, çünki bu, SOCAR-a sərf etmir. Üstəlik Yunanıstanın normativ hüquqi bazası birləşmiş şirkəti bundan çəkindirmək imkanında deyil. Bu da öz növbəsində Yunanıstan üçün potensial qaz təchizatçılarının sayını və  ölkəyə daxil olan təbii qazın həcmini azaldacaq, nəticədə yunan istehlakçıları üçün qazın qiyməti yüksək olacaq” – deyə Avropa Komissiyası bildirir.

Avropa Komissiyasının bu qərarı ona görə gözlənilməz və təəccüblüdür ki, vaxtilə SOCAR Yunanıstan şirkətini almağa dair razılaşma əldə edəndə Brüsseldə buna çox sevinmişdilər. Hətta yunan şirkətinin “Qazprom”a satılmaması üçün ABŞ və Avropa İttifaqı rəsmi Afinaya çox güclü təzyiqlər edirdi. Onlar açıq şəkildə mesaj verirdilər ki, Yunanıstan şirkəti SOCAR-a satmalıdır. Çünki SOCAR Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və Rusiyanın Avropa qaz bazarında inhisarçı mövqelərinin zəiflədilməsində Qərbin əsas tərəfdaşıdır.

“Alman dalğası” radiosu da Avropa Komissiyasının bu bəyanatından təəccüblənib. Radiostansiya qeyd edir ki, bu ilin iyul ayında SOCAR-ın DESFA-nın səhmlərini almasına dair Afinada Azərbaycan və Yunanıstan arasında razılaşma rəsmən imzalananda Avropa İttifaqı rəsmiləri bu xəbəri eşitməkdən şad idilər. Onlar bildirirdilər ki, bu sövdələşmə Transadriatik Qaz Kəməri (TAP) layihəsi və Avropanın qaz təchizatının şaxələndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Lakin indi vəziyyət niyə dəyişib? Brüssel rəsmiləri SOCAR-ın Yunanıstan şirkətini almasının inhisarçılıq yarada biləcəyini doğrudanmı indi görüblər? Bəlkə səbəb siyasidir?

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qusar meşələrində polislə atışan vəhhabidən ŞOK etiraflar

Next Post

Gəncədə müəllimənin evindən 108 min manat necə oğurlandı?

Bənzər yazılar

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

29 Aprel 2024 - 10:15

Türkiyənin dəri məmulatlarının istehsalı üzrə ixtisaslaşmış “Birlik Deri” şirkətinə Ağdam Sənaye Parkının rezidenti statusu veriləcək. Elchi.az  xəbər verir ki, bu...

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

17 Aprel 2024 - 15:24

Bakıda bu gün Ekspo Mərkəzdə "Made in BRICS & SCO" beynəlxalq sərginin açılışı olub. Elchi.az  xəbər verir ki, burada BRİCS...

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

16 Aprel 2024 - 21:58

Bu ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə 94,5 min ton yük, 782,1 min sərnişin daşınıb. Elchi.az  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər...

Bitkoin kəskin ucuzlaşıb

Bitkoin kəskin ucuzlaşıb

22 Mart 2024 - 20:35

Bitkoinin məzənnəsi “Coinbase” birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. Elchi.az xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın...

Next Post

Gəncədə müəllimənin evindən 108 min manat necə oğurlandı?

Dünyanın ən varlı futbolçuları

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.