"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Brüssel və Vaşinqton Azərbaycanda Rusiya təbliğatına qarşı

17 Aprel 2015 - 13:32
in SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

putinlerABŞ-ın ardınca Avropa İttifaqı (Aİ) da bir sıra keçmiş sovet respublikalarında Rusiya təbliğatı ilə mübarizə üçün ştat toplayır.

Virtualaz.org saytı EuObserver-ə istinadən xəbər verir ki, Brüssel bu məqsədlə rusdilli ekspertlərdən ibarət komanda formalaşdırır. Ekspertlər Azərbaycan da daxil olmaqla bir sıra keçmiş sovet respublikalarında rusdilli nəşrlərdə yer alan faktlatı yoxlayacaq, dezinformasiyaları korrektə edəcək və mifləri dağıdacaq.

Artıq Aİ üzvü olan 20 ölkənin Brüsseldəki səfirliklərinə bu strukturun əməkdaşları ilə iş öhdəliklərinə dair rəsmi məktub təqdim edilib.

Ekspertlər qrupu KİV-lərdə Aİ-nin siyasətinə dair rus dilində yer alan məqalələri analiz edəcək və izləyəcək. Həmçinin onlar mətbuata rus dilində məqalələr, faktoloji materiallar, infoqrafikalar hazırlayıb təqdim edəcəklər.

Qrupun qarşısında Ermənistan, Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus və Moldova ilə əməkdaşlığı inkişaf etdirmək vəzifəsi də qoyulub.

Lakin qrupun ştat vahidi məhduddur, orada keçmiş jurnalistlərdən və PR mütəxəssislərindən ibarət 5-ə qədər mütəxəssis işləyəcək. Onların maaşı ayda 4350 avrodan az olmayacaq. Ekspertlər maaşı onları qrupa təqdim edən ölkədən alacaqlar, çünki Aİ strukturlarının büdcəsində bu layihə üçün vəsait nəzərdə tutulmayıb.

Bu strukturun yaradılması Aİ liderlərinin Rusiya tərəfindən informasiya müharibəsinə və dezinformasiya həmlələrinə qarşı tədbir görmək çağırışları ilə bağlıdır. Bundan əvvəl ABŞ-ın Beynəlxalq Yayım Şurası da keçmiş sovet məkanında Rusiya təbliğatına qarşı mübarizə aparmaq üçün sosial şəbəkələri, KİV-ləri izləyən xüsusi qrup yaratmışdı.

Qrupun vəzifəsi sosial şəbəkələrdə Rusiya tərəfindən yayılan informasiyalara reaksiya vermək, Rusiya telekanallarının hazırladıqları süjetlərin effektini azaltmaq üçün əks-təbliğat süjetləri hazırlamaq və s. daxildir.

Rusiya son illər təbliğat müharibəsində Qərbi ciddi şəkildə sıxışdırıb. Kremlin informasiya və təbliğat siyasətinin nə dərəcədə effektiv olduğunu Ukrayna hadisələri də sübut edib.

Rusiya hibrid müharibə taktikasının mühüm elementi kimi informasiya hücumundan çox uğurla istifadə edir və bunun sayəsində Qərbin dəstəklədiyi demokratiya dəyərləri, rəngli inqilablar yolu ilə hakimiyyətlərin dəyişdirilməsi ciddi şəkildə gözdən salınıb. Həmçinin Rusiya təbliğatı bir çox keçmiş respublikalarında ciddi xof və təşviş yaradıb.

Məsələn, Baltik ölkələrində əhali inanır ki, ruslar gələcək və NATO onları Rusiya təhlükəsindən qoruya bilməyəcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ziya Məmmədovun gözü doymur – daha bir taksi xidməti yaradır

Next Post

Mübariz Mənsimovun "Şövkət Ələkbərova"nı satmaq fikri yoxdur

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Mübariz Mənsimovun "Şövkət Ələkbərova"nı satmaq fikri yoxdur

ABŞ Dövlət Departamenti: “Repressiyalar Azərbaycanı geriyə atdı”

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.